Klubun tam adı

"Kəpəz" Peşəkar Futbol Klubu

Rəngləri

göy-sarı

Ləqəbi

Yenilməz Armada, dağlılar

Yaranma tarixi

1959

Stadionu

Gəncə şəhər stadionu

Tutumu

25000

Klubun Müşahidə Şurasının sədri

Elmir Vəliyev

Baş məşqçisi

Şahin Diniyev

Liqa

Topaz Premyer Liqası

Klubun sponsoru

 

Rəsmi vebsaytı

www.kapazpfc.az

 

 

“Kəpəz” Peşəkar Futbol Klubu - Gəncə şəhərini təmsil edən klubdu. Komandanın əsası 1959-cu ildə qoyulub. Klubun çıxışını iki dövrə – Sovet və ölkəmizin müstəqillik əldə etdikdən sonrakı vaxtlara bölmək olar. Sovet dönəmində komanda SSRİ birinciliyində çıxış edib, yadda qalan oyunlar keçirib, bir sıra uğurlara imza atıb. Ümumiyyətlə, “sarı-göylər”in əsas uğurlu çıxışı milli çempionata təsadüf edib.

 

 

 

SSRİ dövrü

 

 

SSRİ dövrü Gəncə futbolunun yaşı təxminən bir əsrə yaxındır. Şəhərdə ilk peşəkar klubun yaranması isə ötən əsrin 50-ci illərinin sonuna təsadüf edir. Həmin illərdə SSRİ Futbol Federasiyası ikinci dəstədə Azərbaycan klublarının sayını artırmağı qərara almışdı. Beləcə 1959-cu ildə «Toxucu» klubu yaradıldı və SSRİ birinciliyinin “B” sinfinin 3-cü zonasına mübarizəyə başladı. Sonra klubun adını dəyişilib «Dinamo» qoyuldu. 1962-ci ildə yerli komanda «Neftçi»yə və Kiyev «Dinamo»suna qalib gələrək, ölkə kubokunun 1/4 final mərhələsinə çıxmaqla şəhərin nüfuzunu SSRİ məkanında daha da artırmışdı. 1965-ci ildə komanda «Dinamo» adı altında SSRİ çempionatının birinci, 3 il sonra isə yüksək dəstəsinə vəsiqə qazanmışdı. O vaxtkı adı ilə desək, Kirovabad kimi şəhərin SSRİ birinciliyinin elitasına çıxması İttifaq məkanında böyük əks-səda yaratmışdı. Bu sadalananlar keçmiş Sovet dövründə qazanılan uğurlardır.

 

 

Müstəqillik dövrü

 

 

Müstəqillik dövrü Vətənimiz müstəqillik qazandıqdan sonra Gəncədə futbol yeni inkişaf dövrünə qədəm qoydu. "Kəpəz" klub tarixində ən böyük uğurlarını da məhz milli çempionatda qazanıb. Komanda 3 dəfə qızıl medallara layiq görülüb, 4 dəfə ölkə kubokunu Gəncəyə gətirib. Gəncəlilər Çempionlar Liqası və UEFA Kuboku kimi qitənin nüfuzlu klub turnirlərində, Müstəqil Dövlətlər Biriliyinin “Birlik Klubok”u kimi mötəbər yarışında iştirak etib. “Kəpəz” bütün uğurlara komandanın o vaxtkı baş məşqçisi Mehman Allahverdiyevin rəhbərliyi altında imza atıb.

 

 

Komandanın müxtəlif vaxtlarda daşıdığı adlar

 

• 1959 - 1962 “Toxucu” (Kirovabad)

• 1962 - 1974 “Dinamo” (Kirovabad)

• 1975 - 1981 “Tərəqqi” (Kirovabad)

• 1982 - 2004 “Kəpəz” (Gəncə)

• 2004 - 2011 “Gəncə”

• 2011 -         “Kəpəz”

 

Komandamız avrokuboklarda

 

 

Mövsüm

Turnir

Mərhələ

Ölkə

Klub

Ev

Səfər

Ümumi nəticə

1995/96

UEFA Kuboku

I

 Avstriya

Vyana

0-4

1-5

1-9

1997/98

UEFA Kuboklar Kuboku

I

 Latviya

Dinaburq

0-1

0-1

0-2

1998/99

UEFA Çempionlar Liqası

I

 Polşa

LKS Lodz

1-3

1-4

2-7

1999/00

UEFA Çempionlar Liqası

I

 Makedoniya

Sloga Jugomagnat

2-1

0-1

2-2

2000/01

UEFA Kuboku

I

 Türkiyə

Antalyaspor

0-2

0-5

0-7

 

 

Uğurları

 

 

  • Birlik Kuboku:
    • 1/4 finalçısı - 1998
  • Azərbaycan çempionatı:
    • Qızıl medal (3) - 1994/1995, 1997/1998, 1998/1999
    • Gümüş medal (1) - 1999/2000
    • Bürünc medal (2) - 1993/1994, 1995/1996
  • Azərbaycan Kuboku:
    • Qalib (4) - 1993/1994, 1996/1997, 1997/1998, 1999/2000

Müstəqillik illərində "Kəpəz"də çalışmış baş məşqçilər

  • Şahmir Hüseynov (1992)
  • Mübariz Zeynalov (1992-1993)
  • Mehman Allahverdiyev (1993-2003)
  • Fuad İsmayılov (2003, 2004, 2006)
  • Arzu Mirzəyev (2003)
  • Şahin Diniyev (2004-05)
  • Fuad İsmayılov (2009-11)
  • Mehman Allahverdiyev (2011)
  • Mirbağır İsayev (2011)
  • Fuad İsmayılov (2011-2012)
  • Mahmud Qurbanov (2012--2013)
  • Vidadi Rzayev (2013-2015)
  • Şahin Diniyev (2015 - )

Son oyun

28/02/2017 - 15:00

Kəpəz
1:1

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

05/03/2017 - 15:00

Kəpəz
-:-

AZAL
Gəncə şəhər stadionu