Şəhriyar Əliyev: “Bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”


Topaz Premyer Liqasının XXIII turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Bu oyun ilə bağlı Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev kapazpfc.az saytına açıqlama verib: “Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada məşq edirik, sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi. “Sumqayıt”a qarşı görüşdə 3 xal qazanmağa çalışacağıq, məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

 


17.03.2017 12:55

Axırıncı xəbərlər →

Son oyun

18/02/2018 - 15:00

Kəpəz
0:1

Keşlə
Gəncə şəhər stadionu

Növbəti oyun

25/02/2018 - 18:00

Qarabağ
-:-

Kəpəz
Azersun Arena