Şadon Vinçesterin zədəsi sağaldı


Məşqlərini davam etdirən “Kəpəz”in düşərgəsindən sevindirici xəbərlər var. “Sarı-göylər”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar. Zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən də tez baş verib. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.

 

 

 


26.03.2018 14:05

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu