Şahin Diniyev: “Çatışmazlıqları aradan qaldıracağıq”


“İnter” – “Kəpəz” oyunundan sonra keçirilən mətbuat konfransında Şahin Diniyev bunları söyləyib: “Yeni gələn futbolçuların ustalıq səviyyəsi o qədər yüksək deyil ki, tez bir zamanda komandanın formalaşmasında rol oynasınlar. Gənc oyunçulardır, birinci dəstədən və əvəzedici heyətdən gəliblər. Nə qədər xal və zaman itirsək də, komandanı formalaşdırmağa çalışacağıq. Yolumuzdan dönmək fikrində deyilik. Çox təəssüf edirəm ki, standart vəziyyətlərdən belə qollar buraxdıq. Özümüz nə qədər qol vəziyyətindən yararlana bilmədik. Əzmkarlıq, funksional hazırlığın yüksək olması bizim üstünlüyümüzdür. Komandaya inanıram, bilirəm ki, çətin də olsa çatışmazlıqları aradan qaldıracağıq”.   


10.09.2017 09:20

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 (All day)

Kəpəz
-:-

Qəbələ
.