Şahin Diniyev: “Əzmkar komandanın yaranmasını gördüm”


“Neftçi” – “Kəpəz” (0:0) oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev jurnalistlərə matç ilə bağlı fikirlərini bölüşüb: “Gərgin oyun keçdi. Səbəblər axtarmayacağam. Yeni komandadır, orta xətlə hücumda yer alan futbolçuların yaş həddi hardasa 21,5-ə bərabərdir. Hamısı gənclərdir, bəziləri birinci dəstədən gəliblər, bəziləri az oynamaq şansı qazanıblar. Futbolçuların təcrübəsi azdır. Heyəti yeniləmişik, səbr etmək, bir az gözləmək lazımdır. Rəqibin üstünlüyü vardı, bunu etiraf etməliyik. Amma biz də meydançanın hər qarışı uğrunda mübarizə aparıb xalımız qazandıq. İndi qazandığımız xal komandanın gələcək oyunlarına təsir edəcək. Əzmkar komandanın yaranmasını gördüm”. 


26.08.2017 11:58

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 - 14:30

Kəpəz
-:-

Qəbələ
Gəncə şəhər stadionu