Şahin Diniyev: “Bizə asan olmayacaq”


“Kəpəz” Topaz Premyer Liqasının XII turu çərçivəsində “Səbail” ilə keçiriləcək oyunun hazırlıqlarını başa vurub. Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi fikirlərini kapazpfc.az saytı ilə bölüşüb: “Bizim üçün çox vacib oyundur. “Səbail” ilə aramızdakı xal fərqini aradan qaldırmaq üçün qələbə qazanmalıyıq. Rəqib yaxşı komandadır. Heyətləri yerli və gəlmə futbolçulardan formalaşıb. Bizə asan olmayacaq. Ən çətin oyunlarımızdan birini keçirəcəyik. Meydana 3 xal üçün çıxacağıq. Heç vaxt optimal heyətlə oynaya bilməmişik. Çünki həmişə zədəli futbolçularımız olub. Amma qarşıdakı matça nikbin baxa bilərik. Çünki zədəlilərimiz sağalıb. Düzdür, fiziki formaları istənilən səviyyədə deyil. Amma onların sağalması məni sevindirir. Futbolçular komandaya maksimum şəkildə fayda vermək üçün meydançaya çıxacaqlar”. 

 

 


17.11.2017 17:58

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.