Şahin Diniyev: “Bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək”


Topaz Premyer Liqasının “Qəbələ” - “Kəpəz” oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb: “Maraqlı oyun oldu. Rəqibin gücünə bələd idik. “Qəbələ”nin heyətində olan futbolçular matçın taleyini təkbaşına həll edəcək gücdədirlər. Ona görə də çox ehtiyatlı oynamağa çalışdıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Bu da bizdə alındı. Oyunda ritm vardı və bu ritmi də tuta bildik. Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. “Qəbələ”yə də oyuna görə təşəkkür edirəm, bu gün biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq”.  


30.09.2017 10:58

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu