Şahin Diniyev: “Güzəştsiz mübarizə olacaq”


Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt” ilə görüşəcək “Kəpəz” bu oyunun hazırlığını başa vurub. Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matç öncəsi kapazpfc.az saytına fikirlərini bölüşüb: “Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt” ilə görüşümüz çətin olacaq. Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.  

 


17.03.2017 22:00

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu