Şahin Diniyev: “Kobud səhvlərdən qapımızda iki qol gördük”


Topaz Premyer Liqasının XIII turunda keçirilən “Qarabağ” – “Kəpəz  (3:0) oyunundan sonra komandaların baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı baş tutub. “Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev matçla bağlı jurnalistlərə fikirlərini bölüşüb: “Bir tərəfdən danışmaq bir az çətindir, danışmamaq da olmur. “Kəpəz”in itkiləri çox idi, heyəti qurmaq baxımından çətinliyimiz vardı. Bir neçə oyunçu zədəli matça çıxmışdı. Amma bunlar səbəb deyil. Kənar yarımmüdafiəçilərin olmamasından məcburiyyət qarşısında qalıb sistemi dəyişdik. Üç müdafiəçi ilə oynamağa çalışdıq. Birinci hissə müdafiədə oturub, əks-hücumlara bel bağlamq istəyirdik. Bir-iki qol vəziyyətimiz oldu. Bir qol epizodunu çıxmaq şərti ilə taktiki cəhətdən futbolçular ağıllı oynadılar. İkinci hissənin əvvəlində müəyyən üstünlüyümüz vardı. Mənə elə gəlir ki, oyun 1:1 hesablı heç-heçə ilə də qurtara bilərdi və ya 3:0 hesablı məğlubiyyətlə. İtirəcək bir şeyimiz yox idi, irəli atıldıq. Bir və ya üç top fərqi ilə uduzmağın fərqi yoxdur. Ona görə də müdafiəçiləri çıxarıb hücumu gücləndirməyə çalışdıq. Qısa zaman ərzində kobud səhvlərdən qapımızda iki qol gördük. Əlbəttə, bu, bağışlanmazdır. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram”. 

 


22.11.2015 00:30

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu