Şahin Diniyev: “Komanda ilə fəxr edirəm”


Topaz Premyer Liqasında XXVI turun “Kəpəz” – “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Şahin Diniyev matç ilə bağlı bunları deyib: “Bu gün komandamız iki mövsüm ərzində ən yaxşı oyununu sərgilədi.  Xal itirə bilməzdik. Çempionatın son dörd matçını qələbə ilə başa vurmalıyıq ki, Avropa Liqasına vəsiqə qazanmaq şansımız olsun. Artıq iki oyunda qələbə qazandıq. Komandanın oyunundan zövq aldım, futbolçulardan tam razıyam, istədiyim futbolu oynadılar. Komanda ilə fəxr edirəm. Müdafiədən hücuma atılanda irəli xətdə çoxluq yaratmağımız xoşuma gəldi. Meydanın mərkəzində rəqibi təzyiq altında saxladıq. Qələbə haqqımız idi. “Qəbələ” də güclü kollektivdir, onlara qitə miqyaslı turnirlərdə uğurlar arzulayıram. Rəqib meydandan və ondan kənarda əsl centlmen kimi davrandı. 


16.04.2017 19:43

Axırıncı xəbərlər →

Son oyun

17/09/2017 - 18:30

Qarabağ
2:0

Kəpəz
Tofiq Bəhramov adına Respublika stadionu

Növbəti oyun

23/09/2017 - 17:30
-:-

Kəpəz
Dalğa Arena