Şahin Diniyev: “Qələbəmiz bayram hədiyyəsi oldu”


“Kəpəz” – “Sumqayıt” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matç ilə bağlı bunları deyib: “Əvvəlcə Novruz bayramı münasibəti ilə hamını təbrik edirəm. Bizim bu qələbəmiz “Kəpəz”in azarkeşləri üçün bayram hədiyyəsi oldu. O ki, qaldı oyuna, matç gərgin alındı. İlk yarıda lazımı nəticəni qazandıqdan sonra ikinci hissədə daha çox oyunumuzu əks-hücumlarla qurmaq istədik. Növbəti qolu vurmaq üçün imkanlarımız var idi. Layiqli qələbə qazandıq və yolumuza davam edirik. Son görüşlərimizin hamısı ağır keçir. Bu gün bizə oyundan çox 3 xallıq nəticə lazımdır. İtirdiklərimizi onsuzda itirmişik, amma sevinirəm ki, 5 matçdır komanda uduzmur. Baxmayaraq ki, güclü rəqiblərlə qarşılaşmışıq”. 

 


18.03.2017 21:10

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu