Şahin Diniyev istefa verdi


"Kəpəz" - "Səbail" oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirilib. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev görüş haqda fikirlərini bölüşüb və istefa verdiyini bildirib: "Oyun maraqlı alındı. Futbolçulardan narazı qala bilmərəm. 5-ci dəqiqədə aldığımız qırmızı vərəqə ilə oyunun taleyi həll olunmuşdu. Hesabı bərabərləşdirəcəyimizi gözləmirdim. Amma komanda xarakter göstərib bunu etdi. İkinci hissədə oyunumuzu əks-hucumlarda qurub 3-cü qolu vurmaq istəyirdik. Lakin alınmadı. Səhv etdik və rəqib də bundan istifadə edib qol vurdu. Qələbə qazanmaq bizim üçün vacib idi. İstefamı klub rəhbərliyinə təqdim etmişəm. Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanın sonuncu pillədə getməsini qəbul edə bilmirəm və azarkeşlərdən üzr istəyirəm. Gəncə futboluna, "Kəpəz"ə uğurlar arzu edirəm".

 

 


18.11.2017 20:25

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.