Əli Səmədov yenidən “Kəpəz”də oynayacaq


Qış hazırlıq dövründə “Kəpəz” ilk transferini həyata keçirib. “Sarı-göylər” Gəncə futbolunun yetirməsi Əli Səmədovla güclənib. 22 yaşlı yarımmüdafiəçi mövsümün ilk yarısında “Sabah-2” komandasının şərəfini qoruyub. Onunla cari çempionatın sonuna kimi müqavilə bağlanacaq.

 

Xatırladaq ki, mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Əli Səmədov yayda “Kəpəz”dən ayrılıb Bakı təmsilçisinə keçmişdi. O, buna kimi son 3 mövsümdə Gəncə klubunun əsas və əvəzedici komandasında çıxış edib.


14.01.2019 12:09

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu