Əvəzedici heyət üç futbolçu ilə gücləndi


“Kəpəz”in əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib. Komanda müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb. Hər üç oyunçu mövsümün ilk yarısında I divizion klublarında forma geyinib. Belə ki, Əliyev “Şüvəlan”da, Əsədovla Zamanov isə “Turan Tovuz”da çıxış edib.

 

Xatırladaq ki, Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü “Kəpəz”in əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.  


07.02.2018 14:59

Axırıncı xəbərlər →

Son oyun

18/02/2018 - 15:00

Kəpəz
0:1

Keşlə
Gəncə şəhər stadionu

Növbəti oyun

25/02/2018 - 18:00

Qarabağ
-:-

Kəpəz
Azersun Arena