“Dağlılar” kubok oyunu üçün hazırlığı başa vurdu


Sabah Azərbaycan Kubokunda 27-ci mövsümə start veriləcək. Ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq. “Kəpəz” ilk mərhələdən trofey üçün yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdir.

 

“Kəpəz” qarşılaşmaya hazırlıq çərçivəsində son məşqi oyunun reallaşacağı meydanda keçirib. Hazırlıq prosesi 45 dəqiqə çəkib. Bakı təmsilçisi ilə matç öncəsi Etibar İbrahimovun komandasında ciddi itki var. “Kəpəz”in hücumçusu Ziyabil Məmmədov zədəyə görə meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu ötən həftə “Səbail”in I Divizionda yarışan ikinci komandası ilə görüşdə zədələnib. Yeri gəlmişkən, Məmmədov sözügedən oyunda (1:0) qələbə topunun müəllifi olub.  


05.12.2018 17:21

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu