“Həmrəylik görüşü” heç-heçə başa çatdı


“Kəpəz” Peşəkar Fubol Klubunun kollektivindən ibarət komanda ilə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun əməkdaşları arasında futbol oyunu keçirilib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan matç elə “Həmrəylik görüşü” adlanıb.

 

Rəqibin heyətində Baş konsul Zeki Öztürk başda olmaqla konsulluqda çalışan diplomatlar və digər işçilər yer alıb. “Kəpəz”də isə əsas komandanın məşqçilər korpusunun üzvləri və klubun rəsmiləri meydana çıxıb.

 

“Offside” futbol meydançasında maraqlı və gərgin mübarizə şəraitində keçən oyun belə görüşlər üçün xarakterik olan heç-heçə ilə yekunlaşıb – 5:5.

 

Matçdan sonra Baş konsul Zeki Öztürk kapazpfc.az saytına açıqlama verib: “Dostluğumuzu futbol meydanında da göstərmək üçün bir araya gəldik. Qazanan dostluğumuz oldu. Bir millət, iki dövlət olaraq yaşadığımız duyğuları meydançada da paylaşdıq. Oyuna görə hər iki komandanın üzvlərinə tşəkkür edirəm. Gələcəkdə digər önəmli təqvim günlərində də belə görüşlərin keçirilməsini arzu edirik. Fürsətdən istifadə edib qarşıdan gələn bayramlar münasibətilə hamını təbrik edirəm. 2019-cu il hamımız üçün uğurlu olsun”.


29.12.2018 12:44

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu