“Kəpəz” Qəbələdə oynayacaq


“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək VII turda keçirilməli olan “Kəpəz” – “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib. Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib. 

Topaz Premyer Liqasının VII turunun “Kəpəz” – “Qəbələ” matçı 29 sentyabr 2017-ci tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

VII turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.


28.09.2017 13:43

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.