“Kəpəz”in üzvləri ilə görüş keçirilib


Bu gün “Kəpəz” yeni mövsüm üçün məşqlərə start verib. İlk hazırlıq prosesindən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçularla görüşüb. Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran Mikayıl bəy “Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib. Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib. Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda “Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib. Sonda Mikayıl Nərimanoğlu komandaya uğurlar arzulayıb. 

 

 

 
 

 

 

 


05.07.2017 15:05

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu