“Kəpəz” Şəmkirdə toplanış keçir


Qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb. Komanda gündə iki dəfə yerli Olimpiya İdman Kompleksinin stadionunda məşq edir. “Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.

Hazırlıq dövründə “Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildir. İlk belə rəqib I divizion təmsilçisi “Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq.

 


04.08.2018 10:00

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu