“Kəpəz”in əzmkarlığı heç-heçəyə yetmədi


Topaz Premyer Liqasında milli komandaların seçmə oyunları ilə bağlı yaranan fasilə başa çatıb. Çempionatda IV turun oyunlarına start verilib. Turun ilk oyununda “Kəpəz” səfərdə “İnter” ilə qarşılaşıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyun bol qollu alınıb. 5 qolun vurulduğu matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətin fonunda Kərim Diniyevin uzaq məsafədən imza atdığı qol matçın bəzəyi olub.

“İnter” – “Kəpəz” 3:2

Qollar: Fuad Bayramov, 5; Adrian Skarlatake, 21; Aqşin Quluzadə, 33 // Şəhriyar Əliyev, 34; Kərim Diniyev, 37
Baş hakim: Əliyar Ağayev
9 sentyabr 2017. Saat 17:00. “İnter Arena”, 800 tamaşaçı  


10.09.2017 09:10

Axırıncı xəbərlər →

Son oyun

23/09/2017 - 17:30
1:0

Kəpəz
Dalğa Arena

Növbəti oyun

29/09/2017 (All day)

Kəpəz
-:-

Qəbələ
.