“Kəpəz” 3 legioner ilə vidalaşdı


Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Kəpəz” yerli oyunçular ilə yanaşı, legionerlərlə də bağlı seçimə diqqət ayırır. Gəncə klubu ötən mövsüm komandanın heyətində çıxış etmiş 3 futbolçu ilə başa çatmış müqaviləni uzatmayıb. Kamerunlu hücumçu Julien Ebah, portuqaliyalı yarımmüdafiəçi Serjio Kosta və litvalı qolkiper Tadas Simaitis ilə yollar ayrılıb.

Müqaviləsi başa çatan və digər klublardan daha sərfəli təkliflər alan Dario Frederikonun “Kəpəz”dən gedişi məsələsi hələ öncədən məlum idi.

“Kəpəz” PFK-nın rəhbərliyi bu futbolçulara komandadakı xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında onlara uğurlar arzulayır. 

Klub rəhbərliyi son mövsümdə komandanın şərəfini qoruyan Renan Alvesin xidmətlərində isə yenidən maraqlıdır. Odur ki, yeni anlaşma əldə etmək üçün braziliyalının agenti ilə danışıqlar davam edir. 

 


26.05.2017 11:03

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 - 14:30

Kəpəz
-:-

Qəbələ
Gəncə şəhər stadionu