“Kəpəz” 5 futbolçu ilə gücləndi


Qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçular qatıb. Gəncə klubu 5 oyunçu ilə güclənib. Belə ki, “Rəvan”dan Novruz Məmmədov, “Xəzər Lənkəran”dan Vüqar Bəybalayev ilə Tural Qürbətov, “Zirə”dən Nicat Qurbanov və “Ağsu”dan Davud Kərimi Nizami yurdunun təmsilçisinə keçib. Sonuncu 2014/2015 mövsümündə komandamız birinci divizonda çıxış edərkən ilk dövrədə heyətdə olub.

Adı çəkilən bütün futbolçularla bir illik müqavilə imzalanıb.

 


30.05.2016 20:17

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu