“Kəpəz” 7 futbolçunun müqaviləsini artırdı


Premyer Liqanın növbəti mövsümü üçün transfer çalışmalarına başlayan “Kəpəz” ilk növbədə diqqəti son çempionatda komandanın heyətində çıxış etmiş futbolçulara yönəldib. Gəncə klubunun 7 futbolçu ilə danışıqları müsbət nəticələnib. Qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyev ilə yeni razılıq əldə edilib. Bu futbolçuların müqaviləsi daha bir il müddətinə artırlıb.  

 

 


06.05.2017 16:25

Axırıncı xəbərlər →

Son oyun

23/04/2017 - 17:00

AZAL
1:2

Kəpəz
AZAL Arena

Növbəti oyun

29/04/2017 - 16:00

Kəpəz
1:0

İnter
Gəncə şəhər stadionu