“Kəpəz” Antalya toplanışını başa vurdu


Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. Bu gün səhər məşqi ilə komandanın 16 günlük Antalya toplanışı başa çatıb.

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” gündə iki dəfə məşq ediblər. "Kəpəz" toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb. Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.  

Xatırladaq ki, “Kəpəz” mövsümün ikinci hissəsinə hazırlığın ilk mərhələsini Bakıda keçirmişdi. 


02.02.2018 16:58

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu