“Kəpəz”in azarkeşi İslamiadanın qalibi oldu


Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında ölkəmizə qızıl medal qazandıranlardan gəncəli paralimpiyaçı, “Kəpəz”in azarkeşi Ramil Qasımovdur. Ramil İslamiadada uğurlu çıxış edərək bu mötəbər yarışda da baş mükafata sahib olub.

 

73 kq çəki dərəcəsində güləşən Rio Paralimpiya Oyunlarının çempionu finalda özbəkistanlı Feruz Sayidovu yenərək “Bakı-2017”nin qalibi adını qazanıb. Əməkdar məşqçi Əli Hacıyevin yetirməsi olan Ramil həm də Avropa və dünya çempionudur.

 

“Kəpəz” PFK-nın kollektivi paracüdoçunu möhtəşəm qələbə münasibəti ilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayır.

 

Təbriklər, Ramil Qasımov!

 


15.05.2017 15:19

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu