“Kəpəz” bu gündən məşqlərə başladı


Topaz Premyer Liqasının XXVII turunda səfərdə AZAL ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına start verib. “Qəbələ” üzərindəki ev qələbəsindən sonra iki gün istirahət edən komanda matça Bakıda hazırlaşır. “Sarı-göylər”in bu günkü məşqi ADBTİA-nın stadionunda keçirilib.

Gəncə klubunun sabaha təyin olunan məşqi saat 10:30-da “İnter Arena”da olacaq. AZAL ilə oyun süni meydançada keçiriləcəyindən “Kəpəz” məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

Nizami yurdunun təmsilçisinin bu gün keçirilən məşqində yüngül zədəsi olan Renan Alveş və Dario Frederiko iştirak etməyib. 

 


19.04.2017 16:56

Axırıncı xəbərlər →

Son oyun

13/08/2017 - 21:00

Sumqayıt
2:1

Kəpəz
Kapital Bank Arena

Növbəti oyun

20/08/2017 (All day)

Kəpəz
-:-

Zirə
.