“Kəpəz” Gəncədə məşqə çıxdı


Topaz Premyer Liqasının XXIII turunda Gəncədə “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” bu gün Gəncəyə gəlib. Qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” matç öncəsi son məşqinə qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda çıxıb. Komandanın məşqi təxminən 50 dəqiqə davam edib. Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi yüngül xarakter daşıyıb. Futbolçular daha çox toplu çalışmalar üzərində işləyiblər. 

“Sumqayıt” ilə oyun öncəsi “Kəpəz”in heyətində iki itki var. Bu, cəzalı olan Nicat Qurbanov və zədəli Əli Nuridir.

 


17.03.2017 21:52

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu