“Kəpəz” Gəncədə məşqə çıxdı


Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Qəbələ” ilə görüşəcək “Kəpəz” bu gün Gəncəyə gəlib. Qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxıb.

Hazırlıq prosesi təxminən 50 dəqiqə sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq topu çalışmalar və “kvadrat” ilə davam edib. Hazırlığın son bölümündə futbolçular taktiki çalışmalar üzərində işləyib. Məşq oyunçuların fərdi hazırlığı ilə başa çatıb.

“Kəpəz”in heyətində itki yoxdur. Əvəzedici heyətdə meydana çıxan Azad Kərimov ilə Əli Nuri sabahkı oyun üçün “18-liy”ə daxil ediləcək.


15.04.2017 18:48

Axırıncı xəbərlər →

Son oyun

13/08/2017 - 21:00

Sumqayıt
2:1

Kəpəz
Kapital Bank Arena

Növbəti oyun

20/08/2017 - 18:00

Kəpəz
-:-

Zirə
Yevlax şəhər stadionu