“Kəpəz” hazırlığı başa vurdu


“Kəpəz” sabah TPL-in XXIII turu çərçivəsində Gəncədə qəbul edəcəyi “Qarabağ”a qarşı oyunun hazırlığını başa vurub. Mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyan son məşq prosesi uzun sürməyib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun olaraq təxminən 1 saat ərzində ağır yükləmələr olmadan çalışıblar.

Qeyd edək ki, “Qarabağ”la görüşdə Samir Zərgərov cəza, Dedimar Ferreyra isə zədə səbəbindən iştirak edə bilməyəcək. 


13.04.2018 23:39

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu