“Kəpəz” hazırlığı başa vurdu


Topaz Premyer Liqasının XXVI turunda Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün keçirdiyi son məşqlə çalışmaları başa vurub. Oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun formada çalışıblar. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Diqeo Souza və Şadon Vinçester sabahkı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər.    

 

 


03.05.2018 16:50

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu