“Kəpəz”in hazırlığı davam edir


Topaz Premyer Liqasının XII turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir. Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.

Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol ciyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldır. 


14.11.2017 16:31

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 (All day)

Kəpəz
-:-

Qəbələ
.