“Kəpəz” hazırlığı tamamladı


Topaz Premyer Liqasında XVIII turun oyunları çərçivəsində doğma meydanda “Səbail”lə görüşəcək “Kəpəz” bu qarşılaşmanın hazırlığını tamamlayıb. Komanda son məşqinə Gəncə şəhər stadionunda çıxıb. Hazırlıq prosesi saat 16:00-da başlayıb və 50 dəqiqə davam edib. Oyun öncəsi məşq yüngül xarakter daşıyıb.

Qeyd edək ki, “sarı-göylər”in heyətində zədəli futbolçu var. Ötən tur “Qarabağ”a qarşı görüşdə zədələnən Dieqo Souza tam hazır olmadığından ev oyununu buraxmaq məcburiyyətində qalıb.


02.03.2018 18:29

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu