“Kəpəz”in iki futbolçusu yığmaya dəvət aldı


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Oktyabrın 6-da Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq yığmaya 22 oyunçu çağırılıb. Komandaya dəvət alan futbolçulardan ikisi “Kəpəz”in üzvüdür. İlkin Sadıqov və İlyas Səfərzadə məşqçilər korpusunun etimadını qazanıb.     

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Kottbus şəhərində təlim-məşq toplanışı keçirəcək.

 

 


29.09.2017 12:21

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu