“Kəpəz”in iki komandası final mərhələsində çıxış edəcək


AFFA-nın aşağı yaş qrupları üzrə futbolçulardan ibarət komandalar arasında keçirdiyi Azərbaycan birinciliyində pley-off mərhələsinə yekun vurulub.“Kəpəz” PFK-nın iki komandası Qərb-Gəncə regionundan 2017/2018-ci il mövsümünün final mərhələsinə vəsiqə qazanıb. Belə ki, U-10 və U-14 komandaları bu mərhələdə klubumuzu təmsil edəcək. Həm 10 yaşlı, həm də 14 yaşlı futbolçularımız pley-offda Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin təmsilçilərini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, U-10 komandasına Məhəmməd Məmmədov, U-14 komandasına İntiqam Səmədov başçılıq edir.

Final mərhələsində futbolçularımıza uğurlar arzu edirik!

 

 

 


25.04.2018 10:44

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu