“Kəpəz” ilk yoxlama oyununda heç-heçə etdi


Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxıb. “Sarı-göylər”in rəqibi “Viitorul” klubu olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Rumıniya təmsilçisi ilə görüşdə gəncəlilərin qolunu kapitan Şəhriyar Rəhimov vurub.

 

Komandamız növbəti yoxlama matçında Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə qarşılaşacaq. Bu oyun yanvarın 25-də keçiriləcək.  


22.01.2018 15:37

Axırıncı xəbərlər →

Son oyun

18/02/2018 - 15:00

Kəpəz
0:1

Keşlə
Gəncə şəhər stadionu

Növbəti oyun

25/02/2018 - 18:00

Qarabağ
-:-

Kəpəz
Azersun Arena