“Kəpəz” ilk yoxlama oyununda qələbə qazandı


Yeni mövsümün hazırlıqlarını ölkə paytaxtında davam etdirən “Kəpəz” bu gün ilk yoxlama oyununa çıxıb. “Sarı-göylər” həvəskarlar liqasının təmsilçisi olan “Bakı” ilə qarşılaşıb. Rəqib meydanında baş tutan görüş  Gəncə klubunun 1:2 hesablı qələbəsi ilə nəticələnib. “Kəpəz”dən qolları yeni transferlər İlyas Səfərzadə və Kamran Abdullazadə vurub.

Xatırladaq ki, gəncəlilər növbəti yoxlama oyununu iyulun 11-də “Neftçi”yə qarşı keçirəcək.  


08.07.2017 22:08

Axırıncı xəbərlər →

Son oyun

14/04/2018 - 16:00

Kəpəz
0:1

Qarabağ
Gəncə şəhər stadionu

Növbəti oyun

22/04/2018 - 17:00

Səbail
-:-

Kəpəz
Bayıl Arena