“Kəpəz”in istirahəti başa çatır


Topaz Premyer Liqasının sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3 günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti sabah başa çatır. Komanda martın 18-də fitnes zalında bir araya gələcək. Ertəsi gün futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxacaqlar. Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.  


17.03.2018 13:13

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu