“Kəpəz” kubokda mərhələ adladı


Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Kəpəz” Bakıda “Binə” ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun “sarı-göylər”in qələbəsi ilə nəticələnib. Fasilədən sonra aşağı dəstə klubunun qapısından 3 qol keçirən komandamız mərhələ adlayaraq 1/4 finala vəsiqə əldə edib. “Kəpəz”in bu mərhələdə rəqibi “Keşlə” olacaq.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları dekabrın 10-11-də, cavab matçları 14/15-də baş tutacaq.

 

“Kəpəz” – “Binə” - 3:0

Qollar: İlyas Səfərzadə, 65, 71, Şəhriyar Rəhimov, 82 (p.)

Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

29 noyabr 2017. “Dalğa Arena”, 50 tamaşaçı


30.11.2017 11:33

Axırıncı xəbərlər →

Son oyun

25/11/2017 - 14:30

Kəpəz
1:6

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

11/02/2018 (All day)

Neftçi
-:-

Kəpəz
.