“Kəpəz” məşqlərə başladı


“Kəpəz” çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb. Futbolçu heyəti və məşqçilər korpusu bu gün Bakıda bir araya gəlib. “Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq yüngül qaçışla davam edib. Məşq prosesi bir saat sürüb. Komanda sabah da bu məkanda və eyni qaydada məşq edəcək. Bu gün və sabahkı çalışmalar əsas hazırlıq proqramı öncəsi ürək-damar və nəfəs sisteminin açılması, həmçinin orqanizmin güc yığmasına hesablanıb. 

2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak edib. Julien Ebah bu gün axsam, braziliyalı futbolçular Dario Frederiko və Renan Alves isə sabah düşərgəyə qoşulacaq. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdır.
 


11.01.2017 16:20

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu