“Kəpəz” Novruz bayramını stadionda qeyd etdi 


Bu gün “Kəpəz”in Gəncə şəhər stadionunda keçirilən məşqindən sonra klub rəhbərliyi Novruz öncəsi şənlik təşkil edərək bayram münasibəti ilə komanda üzvlərini təbrik edib. Arenaya bayram ənənəsinə uyğun qaydada bəzədilən şirniyyatlı, qozlu-fındıqlı, səmənili xonçalar gətirilib. 

Kollektiv adından təbrikləri çatdıran klubun icraçı direktoru Cabir İbrahimov xoş arzuları dilə gətirib. O, “Kəpəz”in həmişə azarkeşləri qələbələr, uğurlu nəticələrlə sevindirməsini istəyib. 

Tədbirə xüsusi rəng qatan Novruzun simvolları olan keçəl və kosa da deyilən təbriklərə qoşulub. 

Bayram şənliyində martın 17-də doğum gününü qeyd edən “Kəpəz”in fanklublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyevin şərəfinə tort kəsilib. “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “azarkeş üçün ən böyük hədiyyə komandasının qələbəsi olar” deyərək Əliyevi təbrik edib.

Şənliyin davam edən bölümündə klubun rənglərində boyanan sarı və göy yumurtalar döyüşdürülüb, ocaq çatılıb. Məşqçilər heyəti və futbolçular bir-birinin ardınca ocağın üstündən tullanıblar.

Novruz şənliyi Gəncə klubunda çıxış edən legionerlərin böyük marağına səbəb olub.Onlara xalqımızın milli bayramı haqda məlumat verilib, Novruzun adət-ənənələrindən bəsh olunub. 

Bayram şənliyinə azarkeşlər də qatılıb və onlar sevimli oyunçuları ilə birlikdə Novruzu qeyd ediblər. 

Şənliyin sonunda xatirə şəkli çəkdirilib. 

 

 

 


18.03.2017 00:47

Axırıncı xəbərlər →

Son oyun

17/09/2017 - 18:30

Qarabağ
2:0

Kəpəz
Tofiq Bəhramov adına Respublika stadionu

Növbəti oyun

23/09/2017 - 17:30
-:-

Kəpəz
Dalğa Arena