“Kəpəz” oyuna itkilərlə çıxacaq


Topaz Premyer Liqasının XX turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq. Bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidir. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidir və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.

Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadır, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.   

 


14.03.2018 11:24

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu