“Kəpəz” PFK-nın məlumatı


“Kəpəz” PFK-nın əsas komandasını tərk edən futbolçuların adına aydınlıq gəlib. Gəncə klubundan 1-i legioner olmaqla 6 oyunçu ayrılıb. Siyahını nəzərinizə çatdırırıq:

Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo (hamısının müqaviləsi başa çatıb)

“Kəpəz” PFK komandanı tərk edən bütün futbolçulara ötən mövsüm göstərdiyi oyuna görə minnətdarlıq edib, onlara karyerasının gələcək hissəsində uğurlar arzulayır.

Bu arada isə baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. Müqaviləsi uzadılanlar aşağıdakılardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.

Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi.


30.05.2016 20:07

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu