“Kəpəz” rasizmə qarşıdır!


Rasizm – dünya futbolunun bəlalı xəstəliklərindən biri olsa da, Azərbaycan futbolunda vəziyyət tamam fərqlidir. Ölkə klublarında, o cümlədən “Kəpəz”də illər öncə buna qarşı mübarizə metodlarının səmərəli təşkili öz bəhrəsini verməkdədir. Bu gün Gəncədə keçirilən oyunlarda rasizmlə bağlı problemlər görünmür. Stadionda irqçi davranışlar nümayiş olunmur, bu yöndə çağırışlar səslənmir. 

 

Futbolun istər yerli, istərsə də beynəlxalq mədəniyyət vasitəsi olduğuna böyük önəm verən “Kəpəz” klubunun rəhbərliyi yaşanacaq hər hansı bir problemin qarşısını vaxtında almaq üçün müntəzəm iş mexanizmi hazırlayıb. Bunun üçün ilk növbədə maarifləndirmə işinə daha ciddi yanaşılır və mütamadi olaraq azarkeşlərlə bu istiqamətdə söhbətlər aparılır.

 

“Kəpəz” rasizmin əleyhinədir! “Respect”, “fair-play” klubumuzun sloqanıdır!

 

 


01.02.2017 13:05

Axırıncı xəbərlər →

Son oyun

14/10/2017 - 16:00

Zirə
3:0

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

21/10/2017 - 15:00

Kəpəz
-:-

Neftçi
Gəncə şəhər stadionu