“Kəpəz” səfər matçına hazırdır


Topaz Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” bu gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub. “Sarı-göylər”in oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. Belə ki, ölkənin hər yerinə yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən komandamız “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.

Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək. 


17.02.2017 21:44

Axırıncı xəbərlər →

Son oyun

28/02/2017 - 15:00

Kəpəz
1:1

Qəbələ
Gəncə şəhər stadionu

Növbəti oyun

05/03/2017 - 15:00

Kəpəz
-:-

AZAL
Gəncə şəhər stadionu