“Kəpəz” son məşqə çıxdı


Topaz Premyer Liqasının XXVIII turunda Gəncədə “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını başa vurub. “Sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşq prosesi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.

Bakı təmsilçisi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Belə ki, müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından oyunu buraxacaq. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.

İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 6 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev, Əli Səmədov və Ayxan Əsədov bu günkü məşqə qatılıb.   

 

 


19.05.2018 19:49

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu