“Kəpəz”in xahişi müsbət cavablandı


“Kəpəz” PFK Peşəkar Futbol Liqasına müraciət edib. Klubumuz ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, IV turun “Kəpəz” – “İnter” görüşünun “İnter” – “Kəpəz” matçı kimi qeydə alınması xahiş edilib. 
Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

Topaz Premyer Liqasının IV turunun “Kəpəz” – “İnter” matçı 9 sentyabr tarixdə “İnter Arena”da keçirilsin. 

IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin. 

 

 

 


05.09.2017 20:46

Axırıncı xəbərlər →

Son oyun

18/11/2017 - 15:00

Kəpəz
2:3

Səbail
Gəncə şəhər stadionu

Növbəti oyun

25/11/2017 - 14:30

Kəpəz
-:-

Qəbələ
Gəncə şəhər stadionu