“Kəpəz” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib. “Sarı-göylər” Cənubi Koreyanın“Daejeon Citizen” klubu ilə qarşılaşıb. Oyun komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. “Kəpəz” ilk yarıda İlkin Sadıqovun vurduğu qolla matçdan qalib ayrılıb.