“Sarı-göylər” Gəncədə məşqə çıxdı


Sabah Gəncə şəhər stadionunda “Səbail”i qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb. Komandanın hazırlıq prosesi təxminən 45-50 dəqiqə sürüb. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib. Məşqin son bölümündə futbolçular taktiki tapşırıqlar və standart vəziyyətlər üzərində işləyiblər.

 

Qeyd edək ki, soyuqdəyməsi olan Ceyhun Cavadov qarşıdakı matçda iştirak edə bilməyəcək. Azad Kərimovun meydana çıxması isə sual altındadır. Yüngül zədəsi olan müdafiəçinin oynayıb-oynamayacağına sabah təkrar müayinədən sonra qərar veriləcək.  


17.11.2017 17:52

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu