“Sarı-göylər” hazırlığı tamamladı


Topaz Premyer Liqasının XXII turunda “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb. Doğma divarlar arasında keçiriləcək görüş öncəsi son məşqdə futbolçuların yaxşı əhval-ruhiyyədə olması müşahidə olunub. Onu da deyək ki, çalışmalardan əvvəl bu gün 29 yaşını qeyd edən Şəhriyar Rəhimovu komanda üzvləri adından təbrik edən baş məşqçi Yunis Hüseynov ona uğurlar arzulayıb. Kapitanın doğum gününə ən böyük hədiyyənin qələbə olacağı vurğulanıb.

Bakı klubuna qarşı oyunda “sarı-göylər”in iki oyunçusu iştirak etməyəcək. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcək. Ötən tur “Zirə” ilə ev oyununda zədələnən Şəhriyar Əliyevin durumu yaxşıdır.

 

 

 

 


06.04.2018 14:58

Axırıncı xəbərlər →

Son oyun

22/04/2018 - 17:00

Səbail
1:1

Kəpəz
Bayıl Arena

Növbəti oyun

28/04/2018 - 18:00

Qəbələ
-:-

Kəpəz
Qəbələ şəhər stadionu