“Sarı-göylər” itkilərlə hazırlaşır


Topaz Premyer Liqasının XXIII turunda evdə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı məşqlərini davam etdirir. “Sarı-göylər” görüşə itkilərlə hazırlaşır. Belə ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov və zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək. Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdır. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.

“Kəpəz”in “Qarabağ”la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.   


12.04.2018 17:39

Axırıncı xəbərlər →

Son oyun

12/05/2018 - 19:00

Zirə
2:1

Kəpəz
Zirə İdman Kompleksinin stadionu

Növbəti oyun

20/05/2018 - 17:15

Kəpəz
1:2

Neftçi
Gəncə şəhər stadionu